mp3 indir dur

BadClause - Sonuncu Sehife

Sonuncu Sehife
Sanatçı
Albüm
Şarkı
: Sonuncu Sehife
Boyut
: 9.66 MB
Toplam İndirme
: 1392 İndirme
Haftalık İndirme
: 1276 İndirme
Tarih
: 28-01-2020
Mp3 indirmek için tıklayın
Kullanıcı Yorumları (BadClause - Sonuncu Sehife )
  1. Eziz Rustemov

    Mən bu işin ən yaxşısıyam. Şübhəsi olan bir daha dinləsin.

  2. _ gemzeli_

  3. _ gemzeli_

  4. _ gemzeli_

  5. Ləman Qasımova

    Mahnıya hər dəfə ürəyimi qoyub gedirəm❤

  6. Bextiyar Huseynov

    ,😒

  7. TravmaL Music

    Mən yalanların içində ən düzüyəm!!!

  8. ElChapo

    Mirini buraxıb Lil Orxanla bir olan utansın məncə.

  9. Eziz Rustemov

    Dolmuşam yene ")

  10. Dünya Cabbarlı

    Mükəmməl

  11. Elshad Hemzeyev

    Bu trckin adin bilən yazsnda xaişBadə badə gedir gözüm bade bade şərb süzüm blən yaznda

  12. Hannibal Lector

    Sifət quruluşu Belhanda'ya oxşayır e Badclause'ın

  13. Jale Arazova

    aramızı vuran hər bir kəs aramızdaymış sən demə 🍁

  14. Elnur Fermanov

    Bu proyekt insAllah axrinci proyekt olmaz.Bu treki beyenmemek günah olar məncə🌸

  15. blackpink blackpink

    🍃🍃

  16. R Re

    3:20 o qədər his dolu bir rep dir ki, insanlar gözlərini yumub dinləyir. Və çox çox az insan bu şəkli görür..

  17. Kenan Quliyev

    Azrepdə ilk elədin qardaş 10 dəqiqəlik 😢Qruza düşdüm

  18. minaye m

    Düzü her kesden mehrumam amma heç kimsiz deyilem

  19. resid adilov

    Geri dönəcəksən bilirəm bir gün o zamana kimi gec olmaz inşallab 🤐🤐

  20. Abdullah Kurt

    Türkiye'den selamlar. Parça lirikal ziyafet niteliğinde. Böyle güzel yazan, söyleyen başka şairleriniz varsa tavsiye eder misiniz kardeşlerim. Aç kaldık doğru düzgün parçalara.

  21. Anar Esgerli

    BadClause getsə də biz burdayıq..🥀🍷

  22. Sima Amaxanova

    Eladi heqiqeten 👍👍👍💙sozum yoxdu . 😔😔😔😔😔

  23. Alex schoeller

    Sən bir dahisən şair

  24. Anar Salmanzade

    Hörmətlər Miri. 🖤😔

  25. Etraf

    2019 itirdiyimiz insan... helede bildirim gememesine baxmayaraq sehifeye girib yeni track var yoxsa yoxdur deye yoxlamaq

  26. Bahar Hacıyeva

    Dinləməkdən doymuram bu necə gözəl əsərdi belə həqiqətən ustasız bu işdə.

  27. Bahar Hacıyeva

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  28. İneFfable_ 17

    Abone oldum və heç vaxt da çıxmayacam. Gözləyəcəm ki, bir gün təzə mahnı yükləməyinin bildirimi gəlsin. Ümidvaram ki gələcək.

  29. Eziz Rustemov

    Çox tesuf ":)

  30. Mahammad Bayramov

    hər şeyi 2019da itirdik.Yerinə gələn oldu ama yerini dolduran olmadı.il 2020 yenede gözü yaşlı həyatımı anladan mahnını dinləyirəm.Ancaq qınaq edmyin:"Bəzəndə sevə-sevə gedərsən""-"Ona" görə "sevginə" görə......... ......Hər sətrin də yaşadıqlarım var..........Ahhhhhhhhhhh......

  31. KEFSİZ PAGE

    Hər şey cəhənnəmə...Qoxun getmir köynəklərimdən

  32. Nilufer Ismayilzade

    Suraya dəyməz)

  33. Sevinc Hüseynova

    Ayda çox heyif (

  34. Aga Mammadov

    2020-ə girdik hələdə dinləyirik. Bayramınız mübarək ❤

  35. Harmony Harmony

    😌😌😌😔😔😔😔

  36. Zeka Azayev

    ru-clip.net/video/MZPxqFqa6YQ/видео.html destek olaq

  37. prencessa _a_

    5 ay bitdi hele seni gozleyirik şair😢😔

  38. ANTIBIOTIC MUSIC

    BADCLAUSE - Çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı...(BadClause & Sura - İki dünya) SURA - Məni dərd alacaq, səni yadlar...

  39. ANTIBIOTIC MUSIC

    😔

  40. d

    Məni dərd alacaq səni yadlar.-Iki Dünya Səni qəm,məni yadlar aldı.- Sonuncu Səhifə

  41. Aklass Klass

    əla

  42. Shehsu İsmayılzade

    Sevdiyim mavi köynəyin kir içindədi naxışları..💔🔒

  43. Sheyla Zadeh

    Onu dünyalar qədər sevərkən,onun sən yoxmuşsan kimi davranması.Bax əsl bu onun sənə vurduğu ən ağır zərbədir.....

  44. Sams Samsung

    Mükəmməlllll💫💫💫💫💫

  45. esiay

    *nə qədər uzağ olsağda məni həmişə özünlə düşün* #29🖤

  46. Cosqun Məmmədov

    Bu trackın sonuncu olmamasını istərdik. Çox təəssüf 😕

  47. Leito

    10 deyqa qulaq asanlar burdasız?

  48. Özcan Akkuş

    100 bin beğenme butonu olsun yine beğenirim.. DİLİNE SAĞLIK..

  49. Cimnaz Cebiyeva

    Hörmətlə..🖤

  50. a .mmdv._

    - Geleceyim olaraq gorduyum biri, gelir gozumun onune indi kecmisim kimi... 💔🌙

  51. orucoov_

    5 Ay nə tez keçti..

  52. Elçin Mehdiyev

    -Əvvəl ömür-günün idim,indi könlündə deyiləm...💔

  53. İsi Thömpsöm

    *- Hər dəfə deyirəm, deyəcəmdə.*- *Qədrin Bilinmir Miri.* :(

  54. Miray Huseynova

    10 deyqeliy dunyadan aparib , butun yawanmiwlixlari yada saldigincun tewekkurler 🙏 sen bir efsanesen ☝️❤️

  55. BLACK GENCE

    Cooox super mahnidi amma polnu lokma salir sevibde qovusa bilmiyenler pulaq asmasin mahniya

  56. Təbriz Zeynalov

    Əlvidalar ən yaxşılara yaraşır şair,əlvida.

  57. 29u1361

    Madem ayri dunyalarin insanlariyiz, Sarilda 2 cahan bir araya gelsin...MirMovSura

  58. Aqsin Rzazade

    Her kelmen bir hikmetdi🖤

  59. Ne Fark Eder?

    Bizim məktəbin ən gözəl məzunu 👑

  60. Rea Ibrahimova

    8.12.2019 🖤🌵

  61. Akşin Cəfərli

    #'özünən uzaqlaş biraz....🥀

  62. Akşin Cəfərli

    👤🖤🌑🚭🥀

  63. Lale Xelefova

    Suraynan Badclaus sevgili idiki ?🙄

Sonuncu Sehife Şarkı Sözü
[ VERSE 1 ]

(Hardayam?)

Deyəsən özümdə deyiləm

Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm

Əvvəl ömür-günün idim, indi könlündə deyiləm

Sənlə ağlaram amma inan güləsi gündə deyiləm

Qayıdacam hər şeyin əvvəlinə – 2014-ə

O vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm

Əriyib sönmüşəm… qucaqla məni möhkəm

Rədd olub gedək burdan, yoxsa bizi anlamaz bu ölkə

Bu gün qəlbimə yatan hər kəs sabah gözümdən düşür

Nə qədər uzaq olsaq da məni həmişə özünlə düşün

Həmişə yanındayam, qulaqcığında, dar anındayam

Geridə bir il qalıb, dörd ildir ki, yollarındayam

Neçə belə 25-lərə, neçə belə 9 dekabr-lara

Neçə belə 19-lara, "Neçə belə əlvidalara"

Qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan

Məhv olmuşam artıq, güc yoxdur namə yazmağa

Mahnılar kömək deyil, nə şeir dəftəri

Canımı alan misralar, məlhəmi qırıq qəlblərin

Bir vərəq üstündə min bir ürəyə çarə tapan mən

Bu gün tənha qalmışam və hisslərim qəfəsdədir

(Zibil)

Dolmuşam yenə

Yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə

Mən nifrətə yaraşan hər hissi borcluyam sənə

Bəlkə də bir gün unuda bilərəm səni, yoxlayam gərək

Ölümə atdığım ilk addım sənə aşiq olmaq idi

İkinci addımda özgələrini "sən" saymağı bildim

Ən böyük arzum nə vaxtsa şair olmaq idi

Şair oldum, qaldı şeirə layiq olmaq indi

Demə ki, “səni sevə bilmirəm”, necə yəni “narahat olma mənə görə”

Mən itirdiyim hisləri geri qaytarmışdım sənə görə

Aramızı vuran hər bir kəs aramızdaymış sən demə

Özgəsi gözlərini silməsin, ağlasan mənə görə

Bir təhərdi məni görən, dərd olurdu hər ağlamağım

Səsinə möhtac olmuşam, susmağınsa güldən ağır

Bir əldə çaxır, o biri əldə qələm, vərəq darmadağın

Bircə qalan qəlbim idi, onu da məndən aldın axır

Sonuna çatır başladığımız hər yol

İndi qırılıb qol qanadım, sənsə məlhəmimə dərd ol

Qopar məni bu boz şəhərdən, apar özünlə qürbətə

Üzümü güldür ayaq açıb qaçsın bu kədər qəflətən

Mən zəhərə şərbətəm, sən isti ürəyə soyuq yağış

Mən günəşdə zülmətəm, sən aylı gecədə yuxuma qarış

Əlinə kimsə toxunmamış, qayıt gəl ki, bir qocalaq

Bu atəş səmaya qalxmamış, səpdin kül ocağa

Qəlbim həmənki bədbindi, baxmadı xoş gün dadına

Göz yaşıyla doğulan ümidi, dəfn edirəm külqabına

Bəlkə səni bağışlamaqçün ikinci bir üz tapılar

Özünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram

Dedi ki, tale ayırsa bizi, qara bəxtimi süz yazına

Sənə qismət olan məhəbbət, dərddir yüz qadına

Şeirlərimi düz saçına, bir gün ölsə bədahətim

Onsuz bu sərxoş halım, cana min bir bəla gətirib

Hər gün ayrı içki masası, hər gün ayrı təbəssüm

Hər gün ayrı sifət görürəm, hər gün ağrı və hər gün

Ayrı bir hala düşürəm, ayıla bilmirəm heç səhəri gün

Bütün olanlar isə cəmi bir-iki rumka zəhərçün

Özümə hakim ola bilmirəm, özü də sanki rola girmişəm

Nifrət edirəm özümə, necə belə məhv ola bilmişəm?

Yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir

Ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir

Nə qazanmaq, nə itirməyə dəyməz heç kimi

Kibirlə məhəbbət eyni qəlbdədirsə, keçməz heç kinin

(Heç vaxt)

Gələcəyim olaraq gördüyüm biri

Bu gün gözümün önünə gəlir keçmişim kimi

Adına sətir düzdüyüm, bəndimə kin bəsləyir indidən

İlk görüşdə aşiq olub nifrət edir ikincidə

Ömür relsləri üstündə son qatar mən, ilki sən

Sən də çıxıb getsən əgər, bu göz yaşımı kim silər?







[ VERSE 2 ]

Çox tez böyüdüm, ağrılar keçəcək sandım

Səni silməyə çalışır gəlib həyatıma girən hər qadın

Dünən ümid paylayan, sabah eşq dinlənər "Yardım"

Edənin olmaz onda ömürdən gün dilənər saatın

Bu gün yaxşı ki, varam, amma sabah olmasam nə olacaq?

Yolumu gözləsən də gözlərində nəm çoxalacaq, o dolacaq

Onda gedəsi yerin olmaz, ölsən də ömür heç olar

İnan ki, üzr istəməkçün belə həqiqətən gec olar

Xoş gəlsə də hər dəfəsində üzünü görmək

Səndən uzaq durub, gündə birinin açardım örpəyin

Qırardım bütün qəlbləri

Sən olardım mən

Onda bilərdin ki, nə deməkdir sevilmədən ölmək

Hələ də bilmirəm ki, doğrun hansı, yalanın hansı

Hər sözünü həqiqət sayıb, yanaşmadım müəamma ilə

Yox əgər yanılıramsa, yaxşı onda durub izah elə

Hansı cəhənnəmdədir bəs xəyalını qurduğumuz ailə?

Dolur risalə, qəmlə sonu

Səhvən itirdim ömrümün yeddi ayını sənlə olub

Böyük sevgimiz var idi, məhv elədin qəsdən onu

Halbuki, unuda bilərdin aramızda hər nə olub

Yenidən gəlmişəm bax həmin ünvana qızılgül dərib

Adını soyuqluq qoyub axtarmadın düz on gün məni

Hətta xəyanət etdiyimi düşünüb, üzümə gülmədin

Axı incidə bilməzdim onun-bunun qızıyçün səni

Yox uzun müddətim, qarışacam izsiz qeybə

Məni tanıya bilmədin, kibir-kinsizəm, siz deyiləm

Sənsizliyi yaşasam belə, mənliksiz deyiləm

Düzü hər kəsdən məhrumam, amma heç kimsiz deyiləm

Uzaqda bəzi dost dediklərin

Fağırın süfrəsinə, ac qarına gedir tox dediklərin

Eyib bir az səndədir ki, sənə nankor dediklərin

Kar-kor, eşitmədin, nə görmədin, nə p*x yediklərin

Yenə həmənki gün olsaydı, güzəran olsaydı

Ağarza kimi qardaş, "Şeir gözlü gözəl" yar olsaydı

Səbəbsiz getdilər, kimləri ki, mən ailəm saydım

Artıq intihar eləmişdin, yerimdə sən olsaydın

Əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən

Əvvəl məni pis edən şeylərə indi sevinirəm hərdən

Dəyişirəm əldən-əldə dolandıqca sevgi-məhəbbət

Ürək elə hey deyir ki, "Hər axşam-səhər içib zəhərlən"

Özündən uzaqlaş bir az

Kim qalacaq sənlə?

Düşün, sənlə olan gün gələcək köz basacaq qəlbə

Sonda unudulacaqsan, bircə hiss qalacaq səndə

Ki, sev'məyə dəyməz heç kimi eşqin sanaraq həm də

Heç kim səndən biri deyil, hər kəs özgədir

Və illər ötüb keçdi, kül oldum altında közlərin

Gözlərim yolunda qaldı, yox dəvası özləmin

Ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi

Bəlkə bir-iki söz bəsimdi, görənə qədər kölgəsin

Məni tərk edən kəslərin, dönməyə yoxmuş öhdəsi

Vicdansız valideyn kimi. – özgə qapıya atar körpəsin

Bu qədər kor ola bilməz insan ki, övladını görməsin

Mən nə qəddarlıqlar gördüm, nə yalanlar gördüm

Dost ölən vaxtı, vecsiz olub sağ olanlar gördüm

Bir qıza görə artistlik edən nə oğlanlar gördüm

Kiçik dərəyə rast gələndə dağ olanlar gördüm

Heyif, bir az insafsızam, bir az mərhəmətsizəm

Baş daşa dəymir, gəlmədən qəm dizə və fərsizəm

Aydındır mən qədər sizə, tənhalıqlar, çünki bəzən

Eşqi yaşamaq üçün bəs eləmirdi bir nəfər bizə

Bu qədər yorulmazdı qələm hər kəsə xətt çəkə bilsə

Birgə güldüyüm dostlarımla bir dərd çəkə bilsəm

Özümdən uzaqlaşmaram, düzələrəm onda yol tapıb

Nə yaxşılığım vardısa haram elədi köhnə dostlarım





[ VERSE 3 ]

Ən başından səhv məndə idi, günah məndə

Ağladığımı görməyənə gözüm gələr quraq əlbət

Ruhuma ağrı verir, çoxdandır bu sual məndə

Haqqımı niyə tapdaladı və niyə incidi Sura məndən?

Mən o qızı sənətçi eliyib əl işlərinə kömək edəcəkdim

İçimdə kin yox idi, vallah təkcə kömək edəcəkdim

Necə düşünə bilmişdi, bunları nəyəsə görə edəcəyimi

Axı heç kimi yox idi, ona etməyib kimə edəcəkdim?

Arada sevgi qırağa, halal zəhmətimi yerə vurdu

Bilmədim 5 ay sonra məni egosuna kölə edəcəyini

Məhşur olmaq istəyirdin, istədiyin yerdəsən

Və bunun təşəkkürünü heç kimə yox mənə edəcəkdin

Evinə pul qazanmaq üçün fağır qalmışdı aralarda

Studiyaya gətirdim səni yığıb toyxanalardan

Ki, qazan əlin-ayağın təmiz, axı nə işin var oralarda?

(Nəysə)

Arada keç buralardan

Sənsiz keçir iyirmibeşlərim

Unutdun "hər şey"in olan adamı saydın indi "heç nə"yin

Ruhunu kinlə bəsləyib, məhv edə bildin hər şeyi

Arada hörmət qaldı, gözlədin onun da itməyin

O vaxtkı kimi durğunuq hələ də, tənha çaylar kimiyik

Qış günündə çıxan günəş, yayda yanvar kimiyik

Bir vaxt aldığımız hər nəfəsdə bir yerdəyik

Indi tamam yad insanlar kimiyik

Xeyli günahkar idin deyə, mən sayırdım hər nazın eyib

Ürək keçir həmin küçədən, ayaqlarım razı deyil

Sevgi sanırdım intahası deyil, eşq ən azı heyif

Yüzdən biri qalır sənlə “yanındayam”-ı hamısı deyir

Baxışlarıma qəm çökür hərdən

Ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə

Səni bircə gün görməyəndə, nə qədər çox darıxırdım

Beş aydır danışmırıq, gör ki, indi nələr çəkirəm mən

Bəlkə də bu həsrətimə əlacdı bir səs

Hələ də yolunu gözləyir həyəcanla, təlaşlı bir kəs

Nə vaxtsa keçər canımın ağrısı amma sağalmır hislər

Bütün doğrularımızı öldürdü ən adi bir səhv

Dama-dama gölməçə oldum, tüstüyə satıb gül iyini

Aylardır közərdiyim sevgi ocağımızda kül idim

Həmişə yanımda olduğunu düşündüyüm biri var idi

Onun da son danışığı başqa cür idi

(Heyif)

Süzülür qəm sətirə

Gördüyüm hər insafsızı nədənsə sənə bənzədirəm

Çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı

Bu qədər yaxşılıqlar edib, pis biri kimi yadda qaldım

Bir ümid çırağı sönürdü hər gün

İçkinin təsiriylə başqa birinə dönürdüm hər gün

Həminki adam ola bilmərəm artıq

Sizin yaşadığınız şeirlərdə mən ölürdüm hər gün



[ NAKARAT]

Məni boğur bu şəhər, bu insanlar

Məni yorur bu şeir, bu misralar

Gedirəm bir sabah qayıtmamaq ümidiylə

Gedirəm, əlvida, əlvida, əlvida



Məni boğur bu şəhər, bu insanlar

Məni yorur bu şeir, bu misralar

Gedirəm bir sabah qayıtmamaq ümidiylə

Gedirəm, əlvida. Əlvida, sevgiylə



(Məni boğur bu şəhər, bu insanlar,)

(Məni yorur bu şeir, bu misralar)

(Gedirəm bir sabah...)

(Qayıtmamaq ümidiylə)



(Məni boğur bu şəhər, bu insanlar,)

(Məni yorur bu şeir, bu misralar)

(Gedirəm, əlvida)

(Əlvida)

(Sevgiylə)


Bizimle iletişime geçmek, telif hakları, şikayet bildirimi, kaldırma isteği. Mp3 Eklemek, şarkı göndermek ve diğer tüm konularda iletişime geçmek için mp3kulisi @ gmail.com maili üzerinden iletişime geçebilirsiniz.
Sitemap