mp3 indir dur

BadClause - Meni Kim Bağışlayacaq (feat Lakonik)

Meni Kim Bağışlayacaq (feat Lakonik)
Sanatçı
Albüm
Şarkı
: Meni Kim Bağışlayacaq (feat Lakonik)
Boyut
: 3.76 MB
Toplam İndirme
: 34 İndirme
Haftalık İndirme
: 34 İndirme
Tarih
: 24-03-2021
Mp3 indirmek için tıklayın
Kullanıcı Yorumları (BadClause - Meni Kim Bağışlayacaq (feat Lakonik) )
Meni Kim Bağışlayacaq (feat Lakonik) Şarkı Sözü
[Bənd 1]

[Lakonik]

Yağış yağanda dənizlər nə hiss edər?

Düşün ki, kor birinin qaranlığısan

Və mən də yuxu əvəzinə səni çəkdim gözlərimə

Rəssam şeir çəksin, şair rəsm yazsın içdən-içə



Necə kövrək baxırdı bu şəhər səni itirməyimə

Gəl artıq, ehtiyac duyur bu ev gülümsəməyinə

Həmin dənizdir axı, həmin yer, amma sən yoxsan

Səni məndən daha çoxmu sevdi axı yaş torpaq?



Getdi bax həmin qatar, relslərdə yalnızlıq

Neçə dəfə duruxmuşduq, oysa nə qədər sarsıldıq

Bu şəhər, bu dünya bizi ayıra bilməyəcək ikən

Necə olur da ağ bir parçanın üzündən ayrıldıq?



[BadClause]

Səni görmək çətindir, amma səni yazmaq asan

Sənə gəlmək çətindir, amma yanında qalmaq asan

Aşiqin şeiri gözəl, şeirinə görə dəlidir yazanlar

Şairlər əqli belədir, şeiri dəli olub da yazarlar



Yorğun gözlərimə həm qara, həm ağsan sən

Dönsək beş əsr əvvələ, “divanə yar”san sən

Bayatı Şiraza rəngi qatan tarsan sən

Həyatda olmasan da şeirlərdə varsan sən



Qarsan sən, buz əllərimi yandıran

Səndən böyük ağrı yoxdur ağrıdan

İnan ki, yoxluğun hələ də sığışmır ağlıma

Soyuq bir abidə üstünə adını cızdı arzular



[Nəqərat: BadClause, Ali Ashikar]

Səni məndən alıb aparıb göylər

Soruşurdum səni əsən küləkdən

Kim sevər ki, məni yenə sənintək?

Kim sevər ki, məni belə ürəkdən?



Səni məndən alıb aparıb göylər

Soruşurdum səni əsən küləkdən

Kim sevər ki, məni yenə sənintək?

Kim sevər ki, məni belə ürəkdən?



[Bənd 2]

[Lakonik]

Axı, mənə sevməyi öyrətdin tək

Sevib də ayrı qalmaq, ayrı qalıb, amma sevməyi

Bəs bu qədər yaxınıq indi, gəlib də göstərsinlər

Səni mənə "keçər" deyənlər (gecikər "keçər" deyənlər)



Nədənsə yox kimsə, şərabın tərkibisən

İçində var kimisən, elə bilirəm var kimsəm

Otaqda şamın işartısı, onu söndürən yaş kimisən

Soyuqsan, can, məni yardan ayıran daş kimisən (kaş bilsən)



Bax kimsəm qalmadı, məktublarda qalıb adı

Bir də hər baxanda gözümü dolduran mərmər parçası

Yadında, mənə demişdin - “olmasam da yaz-yarat”

Gözün arxada qalmasın, can, yerində rahat yat



[BadClause]

Bu otaq sənsiz üzümə baxmır daha

Sarayda yazarlar da daha sən haqda yazmırlar

Son gedişindən sənə 40 gecə, 40 gün səcdəyə getdim

Sonra sənli cümlələr ayrıldı bağrımdan



Qəbrinə qoyulan gülləri dərdim könül bağımdan

Yazılan mətnlərdə eyni məqama dönür nağıllar

Gedəndə unuda bilməz axı, sevir bir ömür fağırlar

Gərək ki, möcüzə olsun, yenə səni görüm yaxından



Süzürəm dərdi yadımdan, heç nə olmamış kimi

Düşün ki, dolub ürəyin, həm heç vaxt dolmamış kimi

Düşün ki, yanımdasan, düşün ki, qollarımdasan

Düşün ki, boşdur məzar cismin orda olmamış kimi



[Nəqərat: BadClause, Ali Ashikar]

Səni məndən alıb aparıb göylər

Soruşurdum səni əsən küləkdən

Kim sevər ki, məni yenə sənintək?

Kim sevər ki, məni belə ürəkdən?



Səni məndən alıb aparıb göylər

Soruşurdum səni əsən küləkdən

Kim sevər ki, məni yenə sənintək?

Kim sevər ki, məni belə ürəkdən?


Bizimle iletişime geçmek, telif hakları, şikayet bildirimi, kaldırma isteği. Mp3 Eklemek, şarkı göndermek ve diğer tüm konularda iletişime geçmek için mp3kulisi @ gmail.com maili üzerinden iletişime geçebilirsiniz.
Sitemap